...

Yevlaxa yeni avtobuslar gətiriləcək

Cəmiyyət Materials 20 Mart 2014 13:12 (UTC +04:00)
Trend El TV-yə istinadən məlumat verir ki, yaxın zamanlarda Yevlax şəhəri daxilində sərnişindaşıma iritutumli avtobuslar vasitəsilə həyata keçiriləcək.
Yevlaxa yeni avtobuslar gətiriləcək

Azərbaycan, Bakı, 20 mart /Trend/

Yevlaxa yeni avtobuslar gətiriləcək.

Trend El TV-yə istinadən məlumat verir ki, yaxın zamanlarda Yevlax şəhəri daxilində sərnişindaşıma iritutumli avtobuslar vasitəsilə həyata keçiriləcək.

Yevlax 5 saylı Regional Nəqliyyat MMC-nin mütəxəssisi Nizami Hüseynov bildirir ki, şəhərdaxili marşrut xətlərində daha çox "Qazel" və "Ford" markalı avtomobillər fəaliyyət göstərir. Yaxın gələcəkdə isə marşrut xətlərinə yeni iritutumlu avtobusların buraxılması planlaşdırılıb.

Nəqliyyat mütəxəssisinin sözlərinə görə, Yevlaxda mütəmadi olaraq marşrutların tutumla bağlı qaydalara əməl edib-etməməsini aydınlaşdırmaq məqsədilə reydlər də keçirilir. Qaydaları pozan sürücülərə isə cərimələr tətbiq olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti