...

Bayram günlərində Bakıda 379 sərxoş sürücü cəzalandırılıb

Cəmiyyət Materials 25 Mart 2014 13:31 (UTC +04:00)
Martın 19-dan 24-ü gecə saat 12-dək yol polisi əməkdaşları tərəfindən Bakıda 379 sürücü avtomobili sərxoş halda idarə etdiyinə görə inzibati məsuliyyətə cəlb edilib.
Bayram günlərində Bakıda 379 sərxoş sürücü cəzalandırılıb

Azərbaycan, Bakı, 25 mart /Trend, müxbir İ.İzzət/

Martın 19-dan 24-ü gecə saat 12-dək yol polisi əməkdaşları tərəfindən Bakıda 379 sürücü avtomobili sərxoş halda idarə etdiyinə görə inzibati məsuliyyətə cəlb edilib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin 11-ci tağımı tərəfindən təkcə bu gecə 161 sərxoş sürücü aşkar edilib. Bu barədə Trend-in sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib.

Onun sözlərinə görə, yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində Bakı şəhər Dövlət Yol Polisi İdarəsi əməkdaşları tərəfindən ümumilikdə 11367 inzibati protokol tərtib edilib. Bunlardan 33-ü qəza şəraiti yaradılmasına, 20-si polisin əmrinə tabe olmamağa, 176-sı işıqforun qırmızı işığında hərəkət edilməsinə, 1052-si ötmə, manevretmə, yolayrıcını keçmə qaydalarının pozulmasına görə, 6-sı avtoxuliqanlığa, 82-si nəqliyyat vasitəsinin pərdəli-plyonkalı, 16-sı dövlət nömrə nişansız, 98-i isə müvafiq sənədləri olmadan idarə edilməsinə görə tərtib olunub.

Bundan əlavə, yol hərəkəti qaydalarını pozan 1995 piyada inzibati məsuliyyətə cəlb edilib. Tərtib edilən inzibati protokolların 7133-ü isə digər qayda pozuntuları ilə bağlı olub.

V.Əsədov qeyd edib ki, martın 19-dan martın 24-ü gecə saat 12-dək paytaxtda 22 yol qəza hadisəsi baş verib. Nəticədə 4 nəfər ölüb, 38 nəfər xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti