...

Vüqar Həşimovun xatirəsinə həsr edilən beynəlxalq turnirin rəsmi saytı ictimaiyyətə təqdim olunacaq

Cəmiyyət Materials 4 Aprel 2014 15:28 (UTC +04:00)
Azərbaycan dilində partiyaları, vaxtı ilə Vüqar Həşimovun məşqçisi olan, FİDE məşqçisi, Azərbaycanın əməkdar məşqçisi Anar Allahverdiyev və yeniyetmələr üzrə millinin çalışdırıcısı, qrossmeyster Fərid Abbasov təqdim edəcək.
Vüqar Həşimovun xatirəsinə həsr edilən beynəlxalq turnirin rəsmi saytı ictimaiyyətə təqdim olunacaq

Azərbaycan, Bakı, 4 aprel /Trend/

Məşhur qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr edilən "Shamkir Chess 2014" beynəlxalq turnirin rəsmi saytı yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq. Azərbaycanda ilk dəfə olaraq mötəbər yarışın "A" turnirində keçiriləcək bütün partiyalar rəsmi sayt vasitəsilə canlı yayımlanacaq.

Trend-in məlumatına görə, şahmat partiyaları Azərbaycan, rus və ingilis dilində tanınmış qrossmeysterlər və məşqçilər tərəfindən şərh olunacaq.

Azərbaycan dilində partiyaları, vaxtı ilə Vüqar Həşimovun məşqçisi olan, FİDE məşqçisi, Azərbaycanın əməkdar məşqçisi Anar Allahverdiyev və yeniyetmələr üzrə millinin çalışdırıcısı, qrossmeyster Fərid Abbasov təqdim edəcək.
Vüqar Həşimovun xatirəsinə həsr edilən "Shamkir Chess 2014" beynəlxalq turnirində partiyaları şərh etmək üçün məşhur şahmatçı, Veyk-An-Zee turnirinin ikiqat qalibi, olimpiada və Avropa çempionatının iştirakçısı, FİDE-nin əməkdar məşqçisi Gennadi Sosonkoyla da razılıq əldə olunub. Sosonkoyla yanaşı partiyaların şərhində Vüqar Həşimovun sekundantı və məşqçisi Viorel İordakesku (hər ikisi ingilis dilində), eləcə dünyanın məşhur şərhçilərindən olan, beynəlxalq qrossmeyster rusiyalı Sergey Şipov (rus dilində) iştirak edəcək.

Qeyd edək ki, şüarı "Davamlı gələcəyə doğru" olan "Synergy Group"un təşkil etdiyi mötəbər yarışın açılış mərasimi aprelin 19-da Şəmkirdə yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti