...

Azərbaycan poçtu yeni təcili pulköçürmə sisteminə qoşulub

Cəmiyyət Materials 10 Aprel 2014 09:52 (UTC +04:00)

Azərbaycan, Bakı,10 aprel /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın poçt operatoru "Azerpoct" MMC "Monex" təcili pul köçürmələri sisteminə qoşulub. Bu barədə Trend-ə MMC-dən bildirilib.

Məlumata görə, hazırda "Monex" təcili pul köçürmələri sistemi poçt operatorunun Bakıda, Sumqayıtda və Abşeron yarımadasında yerləşən filiallarında əlçatandır. Yaxın vaxtlarda xidmət Azərbaycanın bütün poçt rabitəsi şöbələrində əlçatan olacaq.

"Monex" təcili pul köçürmələri sistemi 2011-ci ildə yaradılıb. Sistem həm daxildə, həm də ölkənin hüdudlarından kənarda fiziki şəxslərə pul köçürmələri həyata keçirməyə imkan verəcək. Köçürmələri manat, dollar, avro və ya rublda həyata keçirmək mümkündür.
Komissiya Azərbaycanın daxilində yola salınan köçürmələrin bütün məbləğinin 0,2 faizinə, respublikanın hüdudlarından kənarda isə 1,5 faizinə bərabərdir.

Hazırda Azərbaycanın bütün poçt şəbəkələrində "IBA-Express", "Contact", "Caspian Money Transfer", "Western Union", "Migom" və "Zolotaya Korona" sistemləri üzrə pulköçürmə xidmətləri mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti