...

Azərbaycanda mülki dövriyyədə olması qadağan edilən əşyaların sayı artırıldı

Cəmiyyət Materials 2 May 2014 13:42 (UTC +04:00)
Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” qanunun Arayış hissəsindəki siyahıya əlavələr edilib.
Azərbaycanda mülki dövriyyədə olması qadağan edilən əşyaların sayı artırıldı

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanda mülki dövriyyədə olması qadağan edilən əşyaların sayı artırıldı.

Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında" qanunun Arayış hissəsindəki siyahıya əlavələr edilib.

Əlavələrə əsasən, siyahıdakı əşyaların sayı 16-dan 18-ə qaldırılıb.

Azərbaycan respublikası Mülki Məcəlləsinə uyğun olaraq mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına əlavə olunan bəndlər aşağıdakılardır:

17. Elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan genetik modifikasiya olunmuş bitkilər, həmçinin müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materialları;

18. Elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan, genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsulları.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti