...

Milli Parkda bayram konserti və möhtəşəm atəşfəşanlıq olub (FOTO)

Cəmiyyət Materials 11 May 2014 02:08 (UTC +04:00)
Xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü və Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyi münasibətilə Bakı Şəhər İcra Hakimiyyəti və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti mayın 10-da Dənizkənarı Milli Parkda rəngarəng bayram konserti təşkil ediblər.
Milli Parkda bayram konserti və möhtəşəm atəşfəşanlıq olub (FOTO)

Azərbaycan, Bakı, 11 may /Trend/

Xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü və Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyi münasibətilə Bakı Şəhər İcra Hakimiyyəti və "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti mayın 10-da Dənizkənarı Milli Parkda rəngarəng bayram konserti təşkil ediblər.

Bir neçə saat davam edən konsertdə şəhərimizin minlərlə sakini və qonaqları respublikamızın tanınmış incəsənət ustalarının çıxışlarını böyük maraqla dinləmiş, gözəl rəqslərə tamaşa ediblər.

Milli Parka toplaşanlar məhz ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə inkişaf edən, gündən-günə gözəlləşən və Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu iqtisadi siyasət nəticəsində son vaxtlar getdikcə yeni görkəm alan doğma Bakımızın səmasını al-əlvan rənglərə boyayan bayram atəşfəşanlığını böyük maraqla seyr ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti