Azərbaycan, Bakı, 20 may /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya və Geologiya institutları "Azərbaycanın fövqəladə hallar xəritəsi"ni hazırlayırlar.
Coğrafiya İnstitutundan Trend-ə verilən məlumata görə, adıçəkilən qurumda keçirilən tədris-metodiki məşğələdə çıxış edən institutun direktoru Ramiz Məmmədov qeyd edib ki, "Azərbaycanın fövqəladə hallar xəritəsi"nin hazırlanması təklifinə baxılıb.
Artıq bununla bağlı hazırlanmış layihə Fövqəladə Hallar Nazirliyi və Nazirlər Kabinetində müzakirə olunur.