...

Təhsil Nazirliyi şagirdi döyülən 7 nömrəli xüsusi internat məktəbinin rəhbərliyini vəzifədən kənarlaşdırıb

Cəmiyyət Materials 22 May 2014 11:55 (UTC +04:00)
Təhsil Nazirliyi şagirdinin müəllimi tərəfindən döyüldüyü iddia edilən 7 nömrəli xüsusi internat məktəbinin rəhbərliyini və məsələdə adı hallandırılan digər şəxsləri vəzifəsindən müvəqqəti kənarlaşdırıb.
Təhsil Nazirliyi şagirdi döyülən 7 nömrəli xüsusi internat məktəbinin rəhbərliyini vəzifədən kənarlaşdırıb

Azərbaycan, Bakı, 22 may /Trend, müxbir İ.İsabalayeva/

Təhsil Nazirliyi şagirdinin müəllimi tərəfindən döyüldüyü iddia edilən 7 nömrəli xüsusi internat məktəbinin rəhbərliyini və məsələdə adı hallandırılan digər şəxsləri vəzifəsindən müvəqqəti kənarlaşdırıb. Bu barədə Trend-ə Təhsil Nazirliyinin KİV və QHT-lərlə iş sektorunun müdiri Cəsarət Valehov deyib.

Onun sözlərinə görə, həmin təhsil müəssisəsinin idarə olunması Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinə həvalə edilib.

Bu məsələnin araşdırılması bilavasitə təhsil naziri Mikayıl Cabbarovun şəxsi nəzarətinə götürülüb.

İlkin araşdırma zamanı bu qənaətə gəlinib ki, ötən gün mediada yayılan video həmin gün deyil, daha öncə çəkilib və Təhsil və Daxili İşlər nazirliklərinin məsələ ilə bağlı rəsmi açıqlaması yayıldıqdan sonra mediaya yol tapıb. Əgər videonu yayan şəxslərin məqsədi hadisənin daha operativ və hərtərəfli araşdırılmasına kömək etmək idisə, bu video daha öncədən dövlət qurumlarına təqdim olunardı. Dövlət qurumlarına, o cümlədən Təhsil Nazirliyinə müraciət edilmədən informasiyanın və videonun rəsmi qurumların ilkin rəyini açıqladıqdan sonra bu ardıcıllıqla yayılması müəyyən suallar doğurur.

Eyni zamanda hadisənin və ondan sonra gedən proseslərin baş vermə səbəbinin hərtərəfli öyrənilməsi məqsədilə hüquq-mühafizə orqanlarına müraciət edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti