...

Azərbaycan Təhsil Nazirliyi bu il "Son zəng"in necə keçiriləcəyinə aydınlıq gətirib

Cəmiyyət Materials 22 May 2014 17:18 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi bu il ümumtəhsil məktəblərində "Son zəng"in necə keçiriləcəyinə aydınlıq gətirib.
Azərbaycan Təhsil Nazirliyi bu il "Son zəng"in necə keçiriləcəyinə aydınlıq gətirib

Azərbaycan, Bakı, 22 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi bu il ümumtəhsil məktəblərində "Son zəng"in necə keçiriləcəyinə aydınlıq gətirib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, bu il ümumtəhsil məktəblərində "Son zəng" tədbiri Təhsil Nazirliyinin əvvəlki illərdə müəyyən etdiyi qaydada təşkil olunacaq.

Nazirlik yerli təhsil orqanlarına, ümumtəhsil məktəblərinin rəhbərlərinə bəzi tövsiyələrini də verib.

Tövsiyələrdə bildirilib ki, "Son zəng" tədbiri bilavasitə təshil müəssisələrində keçirilməli, tədbirə ictimaiyyətin nümayəndələri dəvət olunmalı, təhlükəsizliklə bağlı lazımi işlər görülməlidir.

"Son zəng" tədbirinin tələb edilən səviyyədə təşkilinə bilavasitə ümumtəhsil məktəblərinin rəhbərləri cavabdehdirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti