...

Ali məktəbə sənəd verən əvvəlki illərin məzunlarının 90 faizi imtahanda 100-dən aşağı bal toplayıb

Cəmiyyət Materials 23 May 2014 12:41 (UTC +04:00)
Bu il ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün imtahan vermiş abituriyentlərin 90 faizi 100 baldan aşağı nəticə göstəriblər.
Ali məktəbə sənəd verən əvvəlki illərin məzunlarının 90 faizi imtahanda 100-dən aşağı bal toplayıb

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir İ.İsabalayeva/

Bu il ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün imtahan vermiş keçmiş məzunların 90 faizi 100 baldan aşağı nəticə göstəriblər. Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Əvvəlki illərin məzunları arasında 400-600 bal toplayan abituriyentlərin də olduğunu deyən M.Abbaszadə qeyd edib ki, orta statistik rəqəmlərə əsasən, əvvəlki illərin məzunlarının 50 faizi imtahanda 50 baldan aşağı nəticə göstərib: "Abituriyentlərin çoxu - 90 faizi isə 100 baldan aşağı nəticə göstəriblər. Ona görə də nəyi gözləmək olar? Müəyyən qabiliyyət tələb edən ixtisaslarda aşağı bal toplayan abituriyentlər iştirak edə bilirlər. Onlar arasında xüsusi qabiliyyət tələb edən ixtisasları seçənlər də var".

TQDK sədri əlavə edib ki, bu il ali və orta ixtisas məktəblərinə I və IV ixtisas qrupu üzrə imtahan verən əvvəlki illərin məzunları olmuş abituriyentlərin imtahan nəticələri də çox aşağıdır. Bu il I ixtisas qrupu üzrə imtahan vermiş 12 997 əvvəlki ilin məzunu olmuş abituriyentin 90 faizi 150 baldan aşağı nəticə göstərib. Bu qrupda abituriyentlərin yalnız 10 faizi 150 baldan yüksək nəticə göstərə bilib: "IV ixtisas qrupuna sənəd verən abituriyentlər arasında 2 cür kontingent var. Bir kontingent Azərbaycan Tibb Universitetinə hazırlaşır və yüksək nəticə əldə etmək istəyir. Digər kontingent isə yalnız idmançı olmaq istəyir. Bilirəm ki, onlar üçün də yalnız 100 bal toplamaq lazımdır".

M.Abbaszadə bildirib ki, IV qrup üzrə 4558 əvvəlki illərin məzunu olmuş abituriyent imtahan verib. Onların 90 faizinin göstərdiyi nəticə 100 baldan aşağıdır. Bu qrupda abituriyentlərin yalnız 10 faizi 100 baldan yuxarı nəticə göstərib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti