...

İstanbulda yenidən etiraz aksiyaları başlayıb

Cəmiyyət Materials 23 May 2014 18:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir R.Hafizoğlu/

İstanbulda yenidən etiraz aksiyaları başlayıb.

Trend-in "Milliyyət" qəzetinə istinadən verdiyi məlumata görə, 40 nəfərdən ibarət qrup Okmeydanına toplaşaraq polislərə daş atıb.

Polis nümayişçiləri qovmaq üçün gözyaşardıcı qazdan istifadə etməyə məcbur olub.

Gözyaşardıcı qazlı qumbaranın əlavə polis qüvvələrinin olduğu avtobusa düşməsi nəticəsində bir neçə polis zəhərlənib.

Qeyd edək ki, mayın 22-də İstanbulda Manisa vilayətində mədənçilərin ölümü ilə əlaqədar təqribən 20 nəfər etiraz aksiyası keçirib. Aksiya zamanı 2 nəfər ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti