...

Dövlət Komitəsinin sədri: "Azərbaycana yaraşmayan bir sıra problemlər var"

Cəmiyyət Materials 24 May 2014 12:37
"Azərbaycana yaraşmayan bir sıra problemlər - erkən nikah, təhsildən yayınma mövcuddur. Cəmiyyətin 50 faizini təşkil edən xanımlar inkişafdan kənarda qalsalar, o cəmiyyətin inkişafı yoxdur".
Dövlət Komitəsinin sədri: "Azərbaycana yaraşmayan bir sıra problemlər var"

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir E.Mehdiyev/

"Azərbaycana yaraşmayan bir sıra problemlər - erkən nikah, təhsildən yayınma mövcuddur. Cəmiyyətin 50 faizini təşkil edən xanımlar inkişafdan kənarda qalsalar, o cəmiyyətin inkişafı yoxdur". Trend-in məlumata görə, bunu bu gün Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının Ümumrespublika Konfransında çıxışı zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

H.Hüseynova növbəti qurultayı işğaldan azad edilmiş torpaşqlarda keçirməyi arzulayıb.

Millət vəkili Məlahət İbrahimqızı isə çıxışında deyib ki, bu gün əgər Əli Kərimli, Leyla Yunus kimi insanlar Azərbaycan dövlətinə xəyanət edirlərsə, bu, hamının günahıdır.

Qeyd edək ki, YAP Qadınlar Şurasının İdarə Heyətinin, sədr və sədr müavinlərinin seçiləcəyi konfransda 84 rayondan 358 nəfər iştirak edir.

Xatırladaq ki, konfrans iştirakçıları öncə Fəxri xiyabanda Heydər Əliyevin və oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti