...

Azərbaycanda həftənin ilk iş gününün hava proqnozu açıqlandı

Cəmiyyət Materials 25 May 2014 17:01 (UTC +04:00)
Azərbaycanda həftənin ilk iş gününün hava proqnozu açıqlandı
Azərbaycanda həftənin ilk iş gününün hava proqnozu açıqlandı

Azərbaycan, Bakı, 25 may /Trend/

Azərbaycanda həftənin ilk iş gününün hava proqnozu açıqlandı.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən bazar günü Trend-ə verilən məlumata görə, mayın 26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Temperatur gecə 16-20°, gündüz 26-31° , Bakıda gecə 18-20°, gündüz 28-30° isti olacaqdır.

Azərbaycan rayonlarında gün ərzində hava əsasən yağmursuz keçəcəkdir. Temperaturun gecə 13-18°, gündüz 28-33° isti olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti