...

“Amrahbank”da talassemiyalı xəstələr üçün qanvermə aksiyası keçirildi

Cəmiyyət Materials 22 May 2014 17:00 (UTC +04:00)

Məlum olduğu kimi paytaxtımız Bakı şəhərində, Azərbaycanın regionlarında talassemiyalı və digər qan qrupu xəstələrinin donor qanına böyük ehtiyacı vardır. Yaşadığımız mühitdə mövcud olan belə ictimai-sosioloji problemlərə biganə qalmamaq məqsədilə ötən ildə olduğu kimi bu il də "Amrahbank" ASC "Azərbaycan Talassemiya Federasiyası" ilə birlikdə qanvermə aksiyası keçirdi.

Qanvermə aksiyası may ayının 17-də, Nərimanov rayonu, Təbriz küçəsi, 858-ci məhəlllə, Bala Dadaşov, 34-36 ünvanda yerləşən "Amrahbank"ın Nərimanov filialında təşkil olundu. Qan vermədə iştirak edən "Amrahbank" kollektivinin 100-dən çox könüllüləri aksiyada aktiv iştirak etdilər.

Tədbirdə iştirak edən "Amrahbank" İdarə Heyətinin sədri vəzifəsini i.e. cənab E.Həsənov qan donoluğu, xüsusilə korporativ donorluğun əhəmiyyətindən danışdı və belə sosial əhəmiyyətli korporativ tədbirlərin davam etdiriləcəyini bir daha vurğuladı.

1993-cü ildə təsis edilmiş Amrahbank Azərbaycanın ilk və aparıcı banklarından biridir. Amrahbank həm fərdi, həm də korporativ müştərilərə bütün bank xidmət və məhsullarını, o cümlədən cari və depozit hesabları, hesablaşma-kassa və plastik kartlarla əməliyyatlar, yerli və beynəlxalq pul köçürmələri, istehlak və biznes kreditləri, sənədli əməliyyatlar, ticarətin maliyyələşdirilməsi və digər bank xidmətlərini təqdim edir.

Bəhreyn Krallığında fəaliyyət göstərən Beynəlxalq İnvestisiya Bankı 2008-ci ildən "Amrahbank"ın strateji səhmdarıdır.

Hal-hazırda bankın 21 filiali və 1 şöbəsi fəaliyyət göstərir. Bankın filiallar şəbəkəsi paytaxtla yanaşı respublikamızın Sumqayıt, Lənkəran, Tovuz, Şəmkir, Biləsuvar, Bərdə, Gəncə, Masallı kimi regionlarını əhatə edir.

Xəbər lenti

Xəbər lenti