...

"Biz bərabərik – Gözdən əlil insanlara dəstək" layihəsinin açılış mərasimi keçirilib (FOTO)

Cəmiyyət Materials 3 İyun 2014 18:15 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə C kateqoriyası üzrə “Biz bərabərik – Gözdən əlil insanlara dəstək” adlı layihənin açılış mərasimi keçirilib.
"Biz bərabərik – Gözdən əlil insanlara dəstək" layihəsinin açılış mərasimi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 3 iyun /Trend/

Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə C kateqoriyası üzrə "Biz bərabərik - Gözdən əlil insanlara dəstək" adlı layihənin açılış mərasimi keçirilib.

Açılışda gözdən əlil insanlara dəstək məqsədi ilə çəkilmiş sosial çarxın təqdimatı baş tutub. Sosial çarxda bu sahənin vacibliyini gənclərə çatdırmaq, təbliğat işlərinin aparılması, əhalinin məlumatlandırılması və maarifləndirilməsi, diqqətin artırılması göstərilib.

Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Dünya Fərzəliyeva bildirib ki, layihənin keçirilməsində məqsəd görmə qabiliyyətindən məhrum olmuş insanlara dəstək olmaqdır: "Biz onlara daha yaxın olmalı, qayğı göstərməli və sübut etməliyik ki, onlar bu həyatda yalnız deyillər".

D.Fərzəliyeva qeyd edib ki, Prezident İlham Əliyevin gənclərə, o cümlədən əlil gənclərə göstərdiyi qayğı hər kəsi çox sevindirir: "Son dövrlər ölkəmizdə açılan xüsusi təmayüllü xəstəxanalar, reabilitasiya mərkəzləri onların istifadəsinə verilib. Məsələn, gözdən əlil vətəndaşlar üçün tikilən reabilitasiya-bərpa mərkəzi isə cəmiyyətin ən böyük uğurlarındandır. Gözdən əlil insanlar hazırda həmin mərkəzin xidmətlərindən təmənnasız istifadə etmək hüququna malikdirlər".

Azərbaycan Respublikası Əlil Cəmiyyəti Təşkilatının üzvü İdrak Əliyev çıxışında əlilliyinin gündəlik həyatına təsirindən, lakin səbirlə bunu qarşıladığı və dövlətin onlara göstərdiyi qayğıdan danışıb.

Tədbirin qonaqları Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin ixtisaslaşmış müşaviri, elmi-analitik sektorun baş məsləhətçisi Müqalib Mahmudov, Əlillərin Cəmiyyətə İnteqrasiyası İctimai Birliyinin sədri Ramilə Mahmudova, Gənclərin Təhsil, Təlim, Peşə və İnkişaf Mərkəzi İctimai Birliyinin sədri Cavid Quliyev və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Analitik Mərkəzin katibi Əbülfəz Babazadə çıxışlarında dövlət tərəfindən əlil insanlara göstərilən qayğı və diqqətdən söz açıb və bu tip layihələrin müntəzəm olaraq keçirilməsinin vacibliyini vurğulayıblar.

Qeyd edək ki, layihənin əsas məqsədi görmə qabiliyyətindən məhrum olmuş insanlara dəstək olmaq, onlara daha yaxın olaraq qayğı və həyatda tək olmadıqlarını nümayiş etdirməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti