...

Məlahət Xəlilova: "Bir ədəbi əsərin dəyəri və gözəlliyi ağıla, sağlam duyğuya uyğun olmasından qaynaqlanır" (FOTO)

Cəmiyyət Materials 6 İyun 2014 10:17 (UTC +04:00)
İyunun 5-də Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyətin Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Azərbaycan ədəbiyyatında müasir yaradıcılıq cərəyanlarının izlənməsi və təhlilinə dair təşəbbüslər” adlı layihəsi çərçivəsində yekun mətbuat konransı keçirilib
Məlahət Xəlilova: "Bir ədəbi əsərin dəyəri və gözəlliyi ağıla, sağlam duyğuya uyğun olmasından qaynaqlanır" (FOTO)

Azərbaycan, Bakı, 6 iyun /Trend/

İyunun 5-də Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyətin Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə "Azərbaycan ədəbiyyatında müasir yaradıcılıq cərəyanlarının izlənməsi və təhlilinə dair təşəbbüslər" adlı layihəsi çərçivəsində yekun mətbuat konransı keçirilib. Qeyd edək ki, layihə 14 martdan 14 iyunadək - 3 ay müddətinədək həyata keçirilib.

Tədbiri giriş sözü ilə açan layihə rəhbər Məlahət Xəlilova bildirib ki, ədəbi cərəyanlar dünyagörüş, hiss, anlayış baxımından yeniliklər ortaya qoyur. M.Xəlilova hesab edir ki, cərəyanlar müəyyən tarixi dövr ərzində yazar və şairlərin yaratdıqları birlikdir. İzmlərin yarandığı dövrdən etibarən müəyyən bir müddət ərzində ədəbiyyat mühitində özünə yer tapdığını deyən layihə rəhbərinin sözlərinə görə, cərəyan nümayəndələri ortaya çıxardığı əsərlərlə insanlar arasında geniş müzakirələr yaratmağı bacarıb: "İzmlər yeni fikir istinadına çevrilərək cəmiyyətlərin gündəlik həyatında, xüsusilə də mədəni həyatında əhəmiyyətli dəyişikliklər meydana gətiriblər. Ədəbi cərəyanların çoxu varlıqlarını özündən əvvəlki izmlərin varlığına borcludur. Çünki bir çox izm özündən əvvəlki ədəbi cərəyana reaksiya kimi ortaya çıxıb.

Məlahət Xəlilova qeyd edib ki, ədəbiyyatın müxtəlif növlərini araşdırmamışdan qabaq yazarlar ədəbi cərəyanlarla mütləq tanış olmalıdırlar. Ədəbiyyatın inkişafı baxımından izmlərin əhəmiyyətli olduğunu deyən M.Xəlilova bildirib ki, ədəbi janrlar cərəyanlar içərisində müxtəlif səpkidə dəyərləndirilirlər.

Layihə rəhbərinin sözlərinə görə, cərəyanlar müəyyən bir dövrdə estetik düşüncə və sənət üçün ətrafında toplanan yazıçı, şairlərin üslub, duyğu və fikir baxımından biri-birlərini xatırladan əsərlər ortaya çıxarmaları ilə yaranıb: "Məsələn, romantizm ədəbi cərəyanı klassizmə reaksiya kimi XIX əsrdə İngiltərədə yaranıb. Romantizmin ortaya çıxması ilə klassizm ənənələrinə zərbə vuruldu. Klassizmin əksinə olaraq romantizmdə duyğu, xəyal, intuisiya və ehtiraslara həddindən artıq dərəcədə yer verilir. Dil və ifadədə sərbəst davranış ortaya çıxır. Dildə də mövzuda olduğu kimi təzada xüsusi yer verilir. Mövzuları daha çox milli tarix və gündəlik həyatdan alınır. Klasisizmin laqeyd yanaşdığı din məsələsi qabağa çəkilir. Təbiət təsvirləri ön plana çıxarıldı. Yazarlar əsərlərində kimliklərini gizləməmiş, əksinə öz hisslərini, sevinclərini, kədərlərini, təəssüratlarını açıq şəkildə ifadə etmişlər. Bu tendensiya bu gün də davam edir. Romantizmin ən görkəmli nümayəndləri Russo, Hüqo, Şiller, Dumas, Musset Viqni, Bayron, Şekspir və başqalarıdır. Azərbaycan ədəbiyyatında Mikayıl Müşfiq, Hüseyn Cavid və s. bu cərəyanın görkəmli nümayəndələridir".

Çıxışçılar müstəqil jurnalist Yeqzar Cəfərli, layihənin eksperti Alim Hüseynli, ədəbi tənqidçi Mənsur Rəğbətoğlu, yazıçı Əyyub Qiyas ədəbi cərəyanların Azərbaycanın ədəbi mühitinə təsirləri barədə fikirlərini bildiriblər. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasından Xanım Cəbrayılova, layihənin eksperti Fatma Abbasquliyeva, yazıçılar və KİV nümayəndləri iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti