...

"Euronews" Azərbaycanın naftalan neftinə süjet həsr edib

Cəmiyyət Materials 12 İyun 2014 11:37 (UTC +04:00)
Azərbaycanın yeraltı sərvətlərindən biri naftalan neftidir və ondan benzin kimi yox, Naftalan şəhərinin sanatoriyalarında istifadə olunur.
"Euronews" Azərbaycanın naftalan neftinə süjet həsr edib

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir E.Tariverdiyeva/

Azərbaycanın yeraltı sərvətlərindən biri naftalan neftidir və ondan benzin kimi yox, Naftalan şəhərinin sanatoriyalarında istifadə olunur. Trend-in məlumatına görə, bu barədə "Euronews" telekanalının Azərbaycanın müalicə ocaqlarından bəhs edən süjetində deyilir.

Süjet müəllifi danışır ki, "qara qızıl"da çimmək insanı sağlamlaşdırır və hələ karvanlar dövründə bu barədə bilirdilər.

Süjetdə deyilir: "Naftalan tərkibində yandırıcı maddələr olmayan nadir neft növüdür. Qeyri-adi vannalar əsasən xroniki dəri, oynaq xəstəlikləri zamanı təyin olunur".

"Çinar Hotel"in baş həkimi Xurşid Namazəliyevanın sözlərinə görə, naftalan ağ neft və benzin kimi yüngül fraksiyaların olmadığı, qatranlı, parafinsiz, az kükürdlü neftdir. O, qan dövranına daxil olur, qan hüceyrələrini gücləndirir və xəstə orqanda qan axınını gücləndirərək onun gücünü artırır. Süjetdə deyilir ki, təəccüblü deyil ki, bir vaxtlar bütün sovet elitası burada olub.

Süjet müəllifi bildirib: "Naftalanda ilk sanatoriya 1929-cu ildə yaranıb. Yeri gəlmişkən, hələ 13-cü əsrdə yerli neftin müalicəvi xüsusiyyətləri haqqında Marko Polo da danışıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti