...

Sabah Azərbaycanın əksər rayonlarında şimşək çaxacaq, yağış yağacaq

Cəmiyyət Materials 15 İyun 2014 18:26 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, iyunun 16-da Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Sabah Azərbaycanın əksər rayonlarında şimşək çaxacaq, yağış yağacaq

Azərbaycan, Bakı, 15 iyun /Trend/

Sabah Azərbaycanın əksər rayonlarında şimşək çaxacaq, yağış yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, iyunun 16-da Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, arabir tutulacağı gözlənilir. Temperatur Bakıda gecə 19-21°, gündüz 30-32° isti olacaq.

Dəniz suyunun temperaturu Abşeron çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 20-21°, Zuğulba, Mərdəkan, Şüvəlan, Buzovnada 21-22°, Türkan, Hövsan, Şıx və Sahildə isə 22-23° isti təşkil edəcək.

İyunun 16-da Azərbaycanın əksər rayonlarında əsasən gecə və axşam yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.

Havanın temperaturu gecə 17-22°, gündüz 30-35° isti, dağlarda gecə 10-15°, gündüz 15-20° isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti