...

AMEA kitabxana-oxucu münasibətlərini tam avtomatlaşdıracaq

Cəmiyyət Materials 18 İyun 2014 15:07 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Kitabxanasında kitabxanadaxili proseslər və kitabxana oxucu münasibətləri tam avtomatlaşdırılacaq.
AMEA kitabxana-oxucu münasibətlərini tam avtomatlaşdıracaq

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Kitabxanasında kitabxanadaxili proseslər və kitabxana oxucu münasibətləri tam avtomatlaşdırılacaq.

Kitabxanadan Trend-ə verilən məlumata görə, AMEA Ultra Computers şirkəti ilə əməkdaşlığı çərçivəsində yeni Mərkəzi Kitabxana - İnformasiya Resursları Mərkəzində informasiya texnologiyaları infrastrukturu qurur.

Hazırda AMEA ilə şirkət arasında 125 vahid İT avadanlığın təhvil-təslimi həyata keçirilir.

Mərhələli həyata keçirilən təhvil-təslim prosesinin ilk mərhələsində avadanlığın fiziki mövcudluğu və kitabxananın İnformasiya Resursları Mərkəzində (İRM) yerləşdirilməsinin təsdiqi mərhələsi başa çatdırılıb.

Hazırda avadanlıqların işləməsi və bir-biri ilə inteqrasiyası yoxlanılır. Bununla əlaqədar İRM, Ultra Computers şirkəti və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun nümayəndələrindən ibarət komissiya qiymətləndirmə aparır.

Şirkətin müəssisədə tətbiq etdiyi mərkəzləşdirilmiş vahid kitabxana sistemi kitabxanadaxili prosesləri və kitabxana oxucu münasibətlərini tam avtomatlaşdıracaq.

Sistemdə oxucuların qeydiyyatı, kitabların sifarişi və alınması, oxucu yerləri üzrə hesabatlılıq, kataloqlaşdırma, arxivləşdirmə, komplektləşdirmə kimi proseslərin izlənilməsi öz əksini tapıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti