...

Azərbaycanda birinci instansiya məhkəmələrinin maliyyələşdirilməsi üçün Məhkəmə-Hüquq Şurası rəy verəcək

Cəmiyyət Materials 18 İyun 2014 17:45 (UTC +04:00)
Bir müddət sonra Azərbaycanda birinci instansiya məhkəmələrinin maliyyələşdirilməsi üçün Məhkəmə-Hüquq Şurasının rəyi alınacaq.
Azərbaycanda birinci instansiya məhkəmələrinin maliyyələşdirilməsi üçün Məhkəmə-Hüquq Şurası rəy verəcək

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir İlkin İzzət/

Bir müddət sonra Azərbaycanda birinci instansiya məhkəmələrinin maliyyələşdirilməsi üçün Məhkəmə-Hüquq Şurasının rəyi alınacaq.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, bununla bağlı "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi nəzərdə tutulub. Ali Məhkəmənin qanunvericilik təşəbbüsü ilə parlamentə daxil olmuş qanun layihəsinə əsasən, mövcud qanunun 90-cı maddəsinin sonuncu hissəsinə dəyişiklik ediləcək.

Qanun layihəsinə görə, birinci instansiya məhkəmələrinin maliyyə təminatı üçün nəzərdə tutulan xərclər barədə təkliflər müvafiq icra hakimiyyəti orqanına təqdim edilməzdən əvvəl Məhkəmə-Hüquq Şurasının rəyi alınacaq.

Mövcud varianta görə isə müvafiq icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının dövlət büdcəsi ilə müəyyən edilmiş hədlərdə məhkəmələrin fəaliyyətinin maliyyə və maddi-texniki təminatını vaxtında həyata keçirmək üçün zəruri tədbirlər görməlidirlər.

Artıq "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqında" qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə olunaraq parlamentin plenar iclasına çıxarılması tövsiyə olunub.

Qeyd edək ki, Milli Məclisin növbəti plenar iclasının iyunun 20-də keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti