...

"İrəli" İctimai Birliyinə yeni sədr seçiləcək

Cəmiyyət Materials 27 İyun 2014 11:08 (UTC +04:00)
"İrəli" İctimai Birliyinin sədri Rauf Mərdiyev ictimai birliyin sədrliyinə seçkilərdə namizədliyini irəli sürməyəcək.
"İrəli" İctimai Birliyinə yeni sədr seçiləcək

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir Elçin Mehdiyev/

"İrəli" İctimai Birliyinin sədri Rauf Mərdiyev ictimai birliyin sədrliyinə seçkilərdə namizədliyini irəli sürməyəcək. Trend-in məlumatına görə, bu barədə Birliyin bu gün keçirilən IV hesabat-seçki konfransında iştirak edən R.Mərdiyev özü jurnalistlərə deyib.

Fəaliyyət göstərdiyi müddət ərzində təşkilatın inkişafı üçün əlindən gələni etdiyini deyən R.Mərdiyev qeyd edib ki, artıq onun gənclik yaşı arxada qaldığı üçün namizədliyini irəli sürməmək qərarına gəlib.

Onun fikrincə, həm də yeni sədrin seçilməsi təşkilatın bundan sonra da inkişafına öz töhfəsini verəcək.

R.Mərdiyev lazım gələrsə, öz təcrübəsi ilə təşkilata köməklik göstərməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, bu gün Birliyin IV hesabat-seçki konfransı işinə başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti