...

TDQK ali məktəbə qəbul olmaq istəyən builki məzunlara buraxılış vərəqəsi verməyə başlayıb

Cəmiyyət Materials 4 İyul 2014 12:19 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2014/2015-ci tədris ilində Azərbaycanın ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə keçirilən imtahana buraxılış vərəqəsinin verilməsinə başlayıb.
TDQK ali məktəbə qəbul olmaq istəyən builki məzunlara buraxılış vərəqəsi verməyə başlayıb

Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2014/2015-ci tədris ilində Azərbaycanın ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə keçirilən imtahana buraxılış vərəqəsinin verilməsinə başlayıb.

Komissiyadan Trend-ə verilən məlumata görə, abituriyentlər "Buraxılış vərəqə"sini almaq üçün TQDK-nın saytına daxil olmalıdırlar. Abituriyentlər bu vərəqəni almadan imtahanda iştirak edə bilməzlər.

Bu qruplar üzrə qəbul imtahanı iyulun 12-də keçiriləcək.

Cari ilin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı iyulun 20-də olacaq.

Qeyd edək ki, bu ildən başlayaraq, Azərbaycanda cari və əvvəlki illərin məzunları üçün qəbul imtahanları ayrı-ayrılıqda keçirilir. Əvvəlki illərin məzunları üçün qəbul imtahanlarının keçirilməsi prosesi artıq başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti