...

Azərbaycan poçtu kredit vermək üçün lisenziya almağa hazırlaşır

Cəmiyyət Materials 11 İyul 2014 17:02 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı "Azərpoçt" MMC-nin depozitlərin qəbulu və kreditləşdirmə xidmətlərinin göstərilməsi üçün müraciətinə baxır. Bu barədə Trend-ə Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Poçt rabitəsi şöbəsinin müdiri Novruz Məmmədov bildirib.
Azərbaycan poçtu kredit vermək üçün lisenziya almağa hazırlaşır

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycan Mərkəzi Bankı "Azərpoçt" MMC-nin depozitlərin qəbulu və kreditləşdirmə xidmətlərinin göstərilməsi üçün müraciətinə baxır. Bu barədə Trend-ə Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Poçt rabitəsi şöbəsinin müdiri Novruz Məmmədov bildirib.

Onun sözlərinə görə, poçt operatoru şəbəkəsində yeni maliyyə xidmətlərinə başlanması Mərkəzi Bankın yekun qərarından asılıdır.

Hazırda Mərkəzi Bankın lisenziyası əsasında MMC-nin minə yaxın poçt rabitəsi şöbəsində bütün bank xidmətlərinin göstərilməsi (kreditlərin verilməsi və depozitlərin cəlb olunması istisna) mümkündür.

İlin əvvəlində nazirliyə Mərkəzi Bankın sədri Elman Rüstəmovun müraciəti daxil olub. E.Rüstəmov müraciətində növbəti dəfə poçt şəbəkəsində bank və maliyyə xidmətlərinin genişləndirilməsi təşəbbüsü ilə çıxış edib.

Mərkəzi Bank "Azərpoçt" MMC-nin filial şəbəkəsi vasitəsilə bank və maliyyə xidmətlərinin inkişafı və genişləndirilməsi üçün hər cür kömək etməyə hazır olduğunu bildirib.

Hazırda Azərbaycan poçtu debet kartlar buraxır, Mərkəzi Bankın icazəsindən sonra isə poçt operatoru kredit kartları buraxmaq imkanı qazanacaq.

"Azərpoçt"un bank lisenziyası olmadan banklar vasitəsilə mikrokreditlərin verilməsinə başlaması istisna edilmir ki, bu da bir sıra MDB ölkələrində tətbiq olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti