...

Azərbaycanlı abituriyentlərin Gülhanə Hərbi Tibb Akademiyasına daxil olması üçün müraciətlərin qəbuluna başlanılıb

Cəmiyyət Materials 18 İyul 2014 15:22 (UTC +04:00)
Bu gündən azərbaycanlı abituriyentlərin Gülhanə Hərbi Tibb Akademiyasının Ali tibb fakültəsinə tələbə qəbulu üçün keçirilən müsabiqədə iştirak üçün müraciətlərinin qəbuluna başlanılıb.
Azərbaycanlı abituriyentlərin Gülhanə Hərbi Tibb Akademiyasına daxil olması üçün müraciətlərin qəbuluna başlanılıb

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Bu gündən azərbaycanlı abituriyentlərin Gülhanə Hərbi Tibb Akademiyasının Ali tibb fakültəsinə tələbə qəbulu üçün keçirilən müsabiqədə iştirak üçün müraciətlərinin qəbuluna başlanılıb.

Trend Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi təhsil sahəsində bağlanmış müqaviləyə əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xətti ilə 2014/2015- cü tədris ili üçün Türkiyə Respublikasının Gülhanə Hərbi Tibb Akademiyasının Ali tibb fakültəsinə tələbə qəbulu elan edilir.

Müsabiqədə 2014-cü ildə mülki ali məktəblərin IV ixtisas qrupu üzrə qəbul imtahanlarında 600-dən yüksək bal toplamış, 19 yaşınadək olan oğlan abituriyentlər iştirak edə bilərlər.

Müsabiqə əsasında 10 nəfərin siyahısı müəyyənləşdirilərək seçim üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə göndəriləcəkdir. Müdafiə Nazirliyində keçiriləcək müsahibənin nəticələri bəlli olduqdan sonra ən uğurlu göstərici əldə etmiş 2 nəfər namizəd Türkiyə Respublikasının Gülhanə Hərbi Tibb Akademiyasına təhsil almağa göndəriləcək.

Türkiyə Respublikasının Gülhanə Hərbi Tibb Akademiyasının Ali tibb fakültəsində təhsil müddəti 6 ildir. Kursantlar təhsil müddəti ərzində tam dövlət təminatındadırlar.

Fakültədən xaric edilən kursantlar geri qaytarılır və qanunvericilikdə nəzərdə tutulmuş qaydada müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Müsabiqədə iştirak etmək istəyənlər iyulun 18-dən 25-dək TQDK-ya müraciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti