...

Yeni Olimpiya stadionuna cıxışı olacaq tunel tipli yolötürücüsündə işlərin bir hissəsi yekunlaşıb

Cəmiyyət Materials 24 İyul 2014 12:14
Bakıda yeni tikilən Olimpiya stadionuna çıxışı olacaq tunel tipli yolötürücüsündə işlərin bir hissəsi yekunlaşıb.
Yeni Olimpiya stadionuna cıxışı olacaq tunel tipli yolötürücüsündə işlərin bir hissəsi yekunlaşıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Bakıda yeni tikilən Olimpiya stadionuna çıxışı olacaq tunel tipli yolötürücüsündə işlərin bir hissəsi yekunlaşıb.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən Trend-ə verilən məlumata görə, 2015-ci ildə Bakıda keçiriləcək Birinci Avropa Oyunları ilə əlaqədar Böyükşor gölü ətrafında Olimpiya stadionu tikilir. Bu standiona nəqliyyat vasitələrinin birbaşa təhlükəsiz və maneəsiz çıxışını təmin edəcək avtomobil yolunun Ziya Bünyadov prospekti ilə kəsişməsində 2-ci tunel tipli yolötürücüsünün tikintisi aparılır. Tunelin yanaşma yolları ilə birlikdə uzunluğu 510 m, qapalı hissəsi 53,4 m, eni isə 34,2 m təşkil edəcək.

6 hərəkət zolağı üçün nəzərdə tutulan tunel tipli yolötürücüsünün svay-qazma işləri və qapalı hissənin bir tərəfində dəmir-beton tirlərin quraşdırılması yekunlaşıb. İstinad divarlarının 40, yanaşma yollarında qazıntı işlərinin 65 faizi başa çatdırılıb. Hazırda döşəmə hissəsində armaturlanma işləri gedir. Yaxın günlərdə həmin hissənin betonlanmasına başlanılaca.

Tunel istismara verildikdən sonra yeni tikilən avtomobil yolundan Olimpiya stadionu ərazisinə nəqliyyat vasitələrinin birbaşa təhlükəsiz hərəkətini təmin etməklə yanaşı, həmin hissədə dairəvi hərəkət üçün nəzərdə tutulan avtomobil yolları ilə bağlantılara imkan yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti