...

Sabah Azərbaycanda hava dəyişkən buludlu olacaq

Cəmiyyət Materials 29 İyul 2014 12:55
Sabah Azərbaycanda hava dəyişkən buludlu olacaq.
Sabah Azərbaycanda hava dəyişkən buludlu olacaq

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir E.Mehdiyev/

Sabah Azərbaycanda hava dəyişkən buludlu olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, iyulun 30-da Bakıda və Abşeron yarmadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal-şərq küləyi əsəcək, havanın temperaturu gecə 20-24 dərəcə, gündüz 29-34 dərəcə isti olacaq.

Rayonlarda da hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Lakin axşam və gecə bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturunun gecə 19-24, gündüz 32-37 dərəcə, dağlarda isə gecə 11-16, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti