Azərbaycan, Bakı, 8 avqust /Trend/
Azərbaycanın bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Qala-Pirallahı yolunun genişləndirilməsi ilə bağlı 325 mm-lik kəmərin mənbəyə birləşdirilməsi, eləcə də qaz nəqli sistemində və qaz şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar bu gün saat 14:00-dək Yasamal, saat 16:00-dək Suraxanı, saat 18:00-dək isə Ağsu və Xəzər rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.