...

Şöbə müdiri: Bəzi şəxslər 5-10 manat müqabilində internet saytlarına yalan məlumatlar ötürürlər

Cəmiyyət Materials 9 Avqust 2014 12:12
"Bəzi şəxslər 5-10 manat müqabilində dövlətin mənafeyini sataraq internet saytlarına yalan məlumat ötürürlər".
Şöbə müdiri: Bəzi şəxslər 5-10 manat müqabilində internet saytlarına yalan məlumatlar ötürürlər

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 9 avqust /Trend, müxbir İlkin İzzət/

"Bəzi şəxslər 5-10 manat müqabilində dövlətin mənafeyini sataraq internet saytlarına yalan məlumat ötürürlər". Bunu Trend-in cəbhə bölgəsinə ezam olunan müxbirinə açıqlamasında Qazax rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünü idarəetmə şöbəsinin müdiri Məmməd Əliyev bildirib.

M.Əliyev deyib ki, onlar Vətən, dövlət nədir bilmirlər: "Bizim tərəfimizdən belə şəxlərə izahat verilir və onlarla, qohumları ilə söhbət aparılıb belə halların yolverilməz olduğu bildirilir".

Qazax rayon İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müvini Tahir Musayev isə jurnalistlərə bildirib ki, Qazaxda əhali Orduya, dövlətə inanır, Ordumuz düşmənin hər gülləsinə artıqlaması ilə cavab verir.

T.Musayevin sözlərinə görə, onlarla gənc və Qarabağ veteranı İcra Hakimiyyətinə müraciət edərək döyüşlərə qatılmaq istədiklərini bildiriblər: "Onların arasında gənclərlə yanaşı, 70-80 yaşlı qocalar da var. Elə kəndlər var ki, orada düşmənin mövqeləri ilə Ordumuzun mövqeləri çox yaxındır və hər iki mövqe yaşayış massivlərinə yaxın yerləşir. Ona görə də, ermənilər atəş açarkən mülki əhali üçün təhlükə yaranır. Xüsusən xəstələr, körpələr və qocalar üçün təhlükəli olur. Ola bilər ki, məhz bu kontingentdən olan 5-10 nəfərin təhlükəsizliyini təmin etmək üçün düşmənlə üz-üzə evdən yaxınlıqda yerləşən evlərə getsinlər".

T.Musayev bildirib ki, heç kim yaşadığı kəndi tərk etməyib və bu barədə yayılan məlumatlar həqiqətəuyğun deyil: "Bu cür məlumat yayanlar erməni dəyirmanına su tökənlərdir. Ola bilər ki, belə şəxslərin hansısa şəxsi maraqları, maddi istəkləri olsun. Amma başa düşmürlər ki, əhali arasında narahatlıq yaradırlar, erməniyə "işləyirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti