...

Tehranda təyyarə qəzası ilə bağlı iclas keçirilib

Cəmiyyət Materials 10 Avqust 2014 14:40 (UTC +04:00)
İran Böhranın İdarəedilməsi Mərkəzinin Tehran əyaləti üzrə işçi qrupu təyyarə qəzası ilə bağlı iclas keçirib.
Tehranda təyyarə qəzası ilə bağlı iclas keçirilib

Azərbaycan, Bakı, 10 avqust /Trend, müxbir Təmkin Cəfərov/

İran Böhranın İdarəedilməsi Mərkəzinin Tehran əyaləti üzrə işçi qrupu təyyarə qəzası ilə bağlı iclas keçirib.

Trend Təsnimnews-a istinadən xəbər verir ki, iclasda bildirilib ki, "Sepahan" aviaşirkətinə məxsus "AN-140" tipli təyyarə Tehrandan Təbəs şəhərinə uçarkən paytaxtın Tehransər xiyabanında qəzaya uğrayıb. Təyyarədə 41 sərnişin olmalı imiş, lakin sərnişinlərdən biri gecikdiyi üçün təyyarəyə minə bilməyib. Avialaynerdə olan 40 sərnişindən 3-ü körpə, 3-ü isə azyaşlı uşaq olub. Həmçinin təyyarədə 8 ekipaj üzvü olub.

İclasda, həmçinin bildirilib ki, qəza zamanı ümumilikdə 9 nəfər yaralanıb. Onlardan biri xəstəxanada vəfat edib. 8 yaralıdan 4-ü kişi, 4-ü isə qadındır. Onlardan ikisinin vəziyyəti kritikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti