...

Tehranda təyyarə qəzası zamanı həlak olanların kimliyi açıqlandı (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 10 Avqust 2014 15:30 (UTC +04:00)
Trend İSNA agentliyinə istinadən xəbər verir ki, Tehran əyalətinin Məhkəmə-Tibbi Ekspertiza İdarəsi elan edib ki, qəzaya uğramış təyyarədə ümumilikdə 48 nəfər həlak olub.
Tehranda təyyarə qəzası zamanı həlak olanların kimliyi açıqlandı (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 10 avqust /Trend/

Tehranda təyyarə qəzası zamanı həlak olanların kimliyi açıqlandı.

Trend İSNA agentliyinə istinadən xəbər verir ki, Tehran əyalətinin Məhkəmə-Tibbi Ekspertiza İdarəsi elan edib ki, qəzaya uğramış təyyarədə ümumilikdə 38 nəfər həlak olub. Onlardan 37 nəfərinin cənazəsi məhkəmə-tibbi ekspertizaya gətirilib. Bir nəfər isə xəstəxanada vəfat etdiyi üçün orada saxlanılır.

İSNA agentliyinin məlumatına görə, ölənlərdən 23 nəfəri kişi, 10-u qadın, 2-si azyaşlı qız, 2-si azyaşlı oğlan uşağı və bir nəfər isə südəmər uşaqdır.

Qəza zamanı ümumilikdə 9 nəfər yaralanıb. Onlardan biri xəstəxanada vəfat edib. 8 yaralıdan 4-ü kişi, 4-ü isə qadındır. Onlardan ikisinin vəziyyəti kritikdir.

İranın yol və şəhərsalma nazirinin müavini Əhməd Məcidi isə bildirib ki, Tehran-Təbəs reysini həyata keçirərkən qəzaya uğrayan təyyarədə 39 nəfər həlak olub, 9 nəfər yaralanıb.

Trend-in İran televiziyasının rəsmi xəbər saytı iribnews-a istinadən verdiyi məlumata görə, Ə.Məcidi deyib ki, təyyarədə ümumilikdə 40 sərnişin və 8 ekipaj üzvü olub.

Onun sözlərinə görə, ölənlərdən 24 nəfəri kişi, 10-u qadın, 2-si azyaşlı qız, 2-si azyaşlı oğlan uşağı və bir nəfər isə südəmər uşaqdır.

Qeyd edək ki, bu gün İranda Tehran-Təbəs reysini həyata keçirən "AN-140" təyyarəsi qəzaya uğrayıb. Avialayner "Sepahan" aviaşirkətinə məxsus olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti