...

Azərbaycanda 1400-ə yaxın əkiz körpə doğulub

Cəmiyyət Materials 14 Avqust 2014 14:43 (UTC +04:00)
Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda 1396 əkiz körpə doğulub.
Azərbaycanda 1400-ə yaxın əkiz körpə doğulub

Azərbaycan, Bakı, 14 avqust /Trend, müxbir İlhamə İsabalayeva/

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda 1396 əkiz körpə doğulub.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, cari ilin yanvar-iyun ayları ərzində ölkədə 79,6 min körpə doğulub.

Əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 17,1 olub. Doğulan körpələrin 53,6 faizi oğlan, 46,4 faizi isə qız uşaqlarıdır.

Körpələrin 1396-sı əkiz, 30-u üçəm doğulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti