...

Bakı şəhər Prokurorluğu Yasamalda intihar faktına görə bir nəfərin həbs olunduğu məsələsinə aydınlıq gətirib

Cəmiyyət Materials 18 Avqust 2014 10:47 (UTC +04:00)
Bir neçə gün əvvəl Bakıda bir ailənin iki üzvünün intiharına görə ailə başçısı həbs edilməsinə dair yayılan xəbərlər rəsmi təsdiqini tapmadı.
Bakı şəhər Prokurorluğu Yasamalda intihar faktına görə bir nəfərin həbs olunduğu məsələsinə aydınlıq gətirib

Azərbaycan, Bakı, 18 avqust /Trend, müxbir Elçin Mehdiyev/

Bir neçə gün əvvəl Bakıda bir ailənin iki üzvünün intiharına görə ailə başçısı həbs edilməsinə dair yayılan xəbərlər rəsmi təsdiqini tapmadı.

Bakı şəhər prokurorunun ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Günel Məmmədova Trend-ə bildirib ki, intihar faktına görə Asəf Fərzəliyevin tutulmasına dair bəzi KİV-lərdə yayılan xəbərlər həqiqəti əks etdirmir.

Onun sözlərinə görə, intihar faktı üzrə Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (özünü ölüm həddinə çatdırma) cinayət işi açılıb. Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, bir neçə gün əvvəl Yeni Yasamal 2, ev 10 ünvanında 1968-ci il təvəllüdlü Kifayət Vəli qızı Abbasova və onun qızı, 1997-ci il təvəllüdlü Yeganə Asəf qızı Fərzəliyeva yaşadıqları binanın 9-cu mərtəbəsindən özlərini ataraq intihar ediblər. Onların intihar etməsinin səbəbləri hələlik məlum deyil. Polosdən bildirilib ki, iki üzvü intihar edən ailənin bir neçə gün əvvəl 14 yaşlı qızları itkin düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti