...

AzərTAc ilə Küveyt Xəbərlər Agentliyi arasında informasiya və təcrübə mübadiləsi genişlənir

Cəmiyyət Materials 18 Avqust 2014 19:35 (UTC +04:00)
Avqustun 18-də Küveyt Xəbərlər Agentliyinin (KUNA) beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları Suha əl-Zənki və Dana əl-Əbdülcəlil Azərbaycan Dövlət Teleqraf Agentliyində (AzərTAc) olublar.
AzərTAc ilə Küveyt Xəbərlər Agentliyi arasında informasiya və təcrübə mübadiləsi genişlənir

Azərbaycan, Bakı, 18 avqust /Trend/

Avqustun 18-də Küveyt Xəbərlər Agentliyinin (KUNA) beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları Suha əl-Zənki və Dana əl-Əbdülcəlil Azərbaycan Dövlət Teleqraf Agentliyində (AzərTAc) olublar.

Baş direktor Aslan Aslanov KUNA-nın əməkdaşlarına AzərTAc-ın yaranma tarixi, keçdiyi inkişaf yolu, beynəlxalq əlaqələri barədə məlumat verib.

A.Aslanov AzərTAc-ın KUNA ilə Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı (OANA) və Beynəlxalq İslam İnformasiya Agentlikləri Birliyi (İİNA) çərçivəsində uğurla əməkdaşlıq etdiyini bildirib. 2012-ci ilin oktyabrında KUNA-nın baş direktoru və idarə heyətinin sədri Şeyx Mübarək əd-Dueyc əl-İbrahim əs-Sabah ilə AzərTAc-da görüş keçirildiyini xatırladıb. İki agentlik arasında 2009-cu ildə imzalanmış əməkdaşlıq sazişinin informasiya və təcrübə mübadiləsi üçün böyük imkanlar yaratdığını qeyd edən A.Aslanov KUNA-nın əməkdaşlarının Bakıya səfərini bu istiqamətdə atılmış növbəti addım kimi səciyyələndirib.

Baş direktor hər iki ölkənin milli informasiya agentlikləri arasında əlaqələrin genişlənməsinin dövlətlərimizin və xalqlarımızın dostluq münasibətlərinin daha da möhkəmlənməsi baxımından əhəmiyyətini vurğulayıb.

Suha əl-Zənki KUNA Agentliyinin baş direktoru və idarə heyətinin sədri Şeyx Mübarək, əd-Dueyc əl-İbrahim əs-Sabahın salamlarını Aslan Aslanova çatdırıb. O, AzərTAc ilə KUNA arasında etibarlı tərəfdaşlıq münasibətləri üzərində qurulmuş əməkdaşlığın uğurla inkişaf etdiyini, agentliklərin müxtəlif beynəlxalq informasiya qurumlarında bir-birini daim dəstəklədiyini söyləyib.

Görüşdən sonra qonaqlar agentliyin işi ilə tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti