...

Təhsil Nazirliyi şagirdlərin mobil telefondan istifadəsinə qadağa qoyulması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib

Cəmiyyət Materials 9 Sentyabr 2014 12:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi orta məktəblərdə şagirdlərin mobil telefonlardan istifadəsinə qadağa qoyulması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, tədris prosesinə mane olduğu üçün orta məktəblərdə şagirdlərin mobil telefonlardan istifadəsi yolverilməzdir. Xüsusilə də dərs zamanı bu mövqe birmənalıdır: "Ancaq bildiririk ki, Təhsil Nazirliyi tərəfindən orta məktəblərdə şagirdlərin telefonlardan istifadəsinə qadağa qoyulması ilə bağlı heç bir təlimat verilməyib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti