...

Britaniyada müsəlman şagird niqabla bağlı qalmaqala görə məktəbi tərk edib

Cəmiyyət Materials 25 Sentyabr 2014 15:43 (UTC +04:00)
Böyük Britaniyada 100 ən yaxşı tədris müəssisəsindən biri hesab edilən Kemden Qadın Məktəbi 16 yaşlı müsəlman şagirdlərdən birinin niqab geyinməsinə qoyduğu qadağaya görə qalmaqalla üzləşib.
Britaniyada müsəlman şagird niqabla bağlı qalmaqala görə məktəbi tərk edib

Azərbaycan, Bakı, 25 sentyabr /Trend/

Böyük Britaniyada 100 ən yaxşı tədris müəssisəsindən biri hesab edilən Kemden Qadın Məktəbi 16 yaşlı müsəlman şagirdlərdən birinin niqab geyinməsinə qoyduğu qadağaya görə qalmaqalla üzləşib. Bu barədə Trend xarici KİV-ə istinadən məlumat verir.

İddiaya görə, adı açıqlanmayan yeniyetmə baş vermiş insidentlə bağlı çox pərt olduğuna görə məktəbə qayıtmamağı qərara alıb. Məlumata əsasən, qız tədris müəssisəsini məktəblilərə niqab geyinməyə icazə verilən başqa məktəblə əvəz etmək qərarına gəlib.

Bir az əvvəl xəbər verilmişdi ki, Kemden Qadın Məktəbinin qərarı cəmiyyətdə mənfi reaksiyaya səbəb olub və yüzlərlə insan "İslamofobiyanı dayandırın!" ərizəsini imzalayıb.

Qeyd edək ki, Böyük Britaniyanın sabiq Baş naziri Qordon Braunun xanımı Sara Braun, aktrisa Emma Tompson və "Spice Girls" qrupunun keçmiş vokalçısı Ceri Holliuell bu məktəbin məşhur məzunlarıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti