...

Baş Ələt stansiyasının yolları əsaslı təmir olunur (FOTO)

Cəmiyyət Materials 26 Sentyabr 2014 09:41 (UTC +04:00)
Dövlət Proqramının icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir işləri davam edir.
Baş Ələt stansiyasının yolları əsaslı təmir olunur (FOTO)

Azərbaycan, Bakı, 26 sentyabr /Trend/

Azərbaycan Respublikasinin Prezidenti İlham Əliyevin 6 iyul 2010-cu ildə imzaladığı "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında" sərəncamı sürətlə icra olunur. Dövlət Proqramının icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir işləri davam edir.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 26 sentyabr 2014-cü ildə Baş Ələt stansiyanın ümumi uzunluğu 1900 metr olan 1-ci və 2-ci yollarının əsaslı təmirinə start verilib. Təmir işləri iki gün davam edəcək.

Əsaslı təmir işlərini "Azərbaycan Dəmir Yolları" QSC "Dəmiryolservis" MMC-nin müəssisələri həyata keçirir. "Dəmiryolservis" MMC-nin baş mühəndisi Əfsələfddin Gəncəliyevin verdiyi məlumatda bildirilir ki, səhər saatlarında artiq 500 metr köhnə yol sökülüb.

Qeyd edək ki, "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafina dair Dövlət Proqramı"nın icrası çərçıvəsində 10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib, 10 dekabr 2013-cü ildə Ağstafa-Poylu mənzilində 317-ci kilometrin əsaslı təmiri başa çatıb. Əsaslı təmir olunmuş 317 kilometr 800 metrlik uzunölçülü relslərlə (pletlərlə) əvəzlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti