...

Həftəsonu Azərbaycanda “yol terroru”: 13 ölü, 27 yaralı

Cəmiyyət Materials 29 Sentyabr 2014 13:42 (UTC +04:00)
Ötən həftəsonu Azərbaycan yollarında baş vermiş qəzalar nəticəsində 13 nəfər ölüb.
Həftəsonu Azərbaycanda “yol terroru”: 13 ölü, 27 yaralı

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir İlkin İzzət/

Ötən həftəsonu Azərbaycan yollarında baş vermiş qəzalar nəticəsində 13 nəfər ölüb.

Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsindən trend-ə verilən məlumata görə, ötən şənbə və bazaar günləri Azərbaycan yollaında 17 yol qəzası baş verib. Qəzalar nəticəsində 13 nəfər ölüb, 27 nəfər yaralanıb.

Belə ki, sentyabrın 27-də respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib . Nəticədə 7 nəfər ölüb, 15 nəfər yaralanıb.

Sentyabrın 28-də isə ölkədə 10 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisələr nəticəsində 6 nəfər ölüb, 12 nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti