...

Paytaxtın iki mərkəzi küçəsinin kəsişməsindəki işıqfora daimi sağadönmə seksiyası əlavə edilib

Cəmiyyət Materials 15 Oktyabr 2014 11:43 (UTC +04:00)
Paytaxtın Rəşid Behbudov küçəsinin Bakıxanov küçəsi ilə kəsişməsindəki svetofora daimi sağadönmə seksiyası əlavə edilib.
Paytaxtın iki mərkəzi küçəsinin kəsişməsindəki işıqfora daimi sağadönmə seksiyası əlavə edilib

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir İlkin İzzət/

Paytaxtın Rəşid Behbudov küçəsinin Bakıxanov küçəsi ilə kəsişməsindəki svetofora daimi sağadönmə seksiyası əlavə edilib.

Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Trend-ə verilən məlumata görə, Mərkəz tərəfindən edilmiş təklifə əsasən Rəşid Behbudov küçəsinin Bakıxanov küçəsi ilə kəsişməsində sevotofora daimi sağadönmə seksiyasının əlavə edilməsi məqsədilə bu gün saat 11:00-dan etibarən "Azəryolservis" ASC tərəfindən hərəkətin təşkili ilə əlaqədar yol cizgi xətləri yenidən rənglənəcəkdir.

Rənglənmə işləri zamanı yolda nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması ilə əlaqədar yarana biləcək sıxlığı nəzərə alaraq sürücülərə alternativ olaraq Səməd Vurğun küçəsindən istifadə etmələri tövsiyə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti