...

Azərbaycanda bəzi mehmanxanalara "ulduzlar" verilib

Cəmiyyət Materials 15 Oktyabr 2014 19:01 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən sentyabr-oktyabr aylarında Bakı şəhərində fəaliyyət göstərən mehmanxanalara dərəcə sertifikatları verilib.
Azərbaycanda bəzi mehmanxanalara "ulduzlar" verilib

Azərbaycan, Bakı, 15 oktyabr /Trend/

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən sentyabr-oktyabr aylarında Bakı şəhərində fəaliyyət göstərən mehmanxanalara dərəcə sertifikatları verilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, "The Landmark Hotel" və "Excelsior Hotel Baku" mehmanxanalarına 5 ulduz, "Bosfor", "Ariva", "Central Park", "Atropat" mehmanxanalarına və "Gəncəli Plaza" istirahət mərkəzinə 4 ulduz, "Araz", "Egoist" və "Balion" mehmanxanalarına isə 3 ulduz verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti