...

147 hərbiqulluqçu Əfqanıstandan Gürcüstana qayıdıb

Cəmiyyət Materials 2 Noyabr 2014 12:48 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 2 noyabr /Trend, müxbir N.Kirtsxalia/

Gürcüstan Silahlı Qüvvələrinin dağlıq-kəşfiyyat batalyonunun 147 hərbiqulluqçusu noyabrın 2-də səhər Əfqanıstandan vətənə qayıdıblar. Gürcüstanın müdafiə nazirliyindən Trend-ə verilən məlumata görə, onlar ISAF beynəlxalq qüvvələrinin tərkibində 7 ay ərzində NATO-nun Əfqanıstandakı bazasında sülhməramlı missiyanı yerinə yetiriblər.

Bu, artıq ay yarım ərzində üçüncü batalyondur ki, Əfqanıstandan vətənə qaytarılıb. Gürcü hərbçiləri, oktyabrın 31-də bağlanılan Qəndəhar hərbi aerodromu tamamilə tərk ediblər.

Gürcü hərbçiləri Əfqanıstanda koalisiya qüvvələri ilə birlikdə bir sıra əməliyyatları yerinə yetiriblər. Dağlıq-kəşfiyyat batalyonunun hərbçiləri vətənə itkisiz qayıdıblar. Qəndəhar bazası (onların xidmət keçdiyi yer) oktyabrın 31-də bağlanılıb.

Xəbər lenti

Xəbər lenti