...

Dağıstan Azərbaycanla sərhəd rayonlarda fəaliyyətini gücləndirir

Cəmiyyət Materials 12 Noyabr 2014 11:36 (UTC +04:00)
Dağıstan hökuməti sərhədyanı rayonlarda qayda-qanunu təmin etmək üzrə qarşılıqlı fəaliyyəti gücləndirmək niyyətindədir.
Dağıstan Azərbaycanla sərhəd rayonlarda fəaliyyətini gücləndirir

Azərbaycan, Bakı, 12 noyabr /Trend/

Dağıstan hökuməti sərhədyanı rayonlarda qayda-qanunu təmin etmək üzrə qarşılıqlı fəaliyyəti gücləndirmək niyyətindədir. Trend-in RİA Dağıstan-a istinadən verdiyi məlumata görə, bu məsələ Dağıstan Respublikasının rəhbəri Ramazan Abdulatipovun rəhbərliyi altlında keçirilmiş iclasda müzakirə olunub.

R.Abdulatipov müzakirə olunan məsələnin vacibliyini qeyd edib: "Dağıstan quruda Gürcüstan və Azərbaycanla, dənizlə isə Qazaxıstan, İran və Türkmənistanla sərhəddir. Bütün sərhədyanı rayonlarda sabit vəziyyətin təmin edilməsi çox vacibdir, lakin bəzi bələdiyyələrdə hələ də qeyri-sabit vəziyyət qalır".

Rusiya Federal Təhlükəsizlik Xidmətinin Dağıstan Respublikası üzrə Sərhədyanı İdarəsinin rəisi İqor Şmotkin bildirib ki, bu il respublika ərazisində təqribən 700 qanun pozuntusu qeydə alınıb: "Qanun pozuntularının çoxu sərhədyanı rayonlarda qalmaq üçün icazə və buraxılışın olmaması ilə əlaqədardır".

Öz növbəsində R.Abdulatipov qeyd edib ki, qanun pozuntularının əksəriyyəti əhalinin sərhədyanı ərazilərdə qalma qaydalarını bilməməsi ilə əlaqədardır: "Sərhəd keçidi rahat və qanuni olmalıdır, rayon sərhədlərində sərhəd qarovullarının müasir tipli binaları yerləşməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti