Azərbaycan, Bakı, 24 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakının Binəqədi rayonu Biləcəri qəsəbəsi Qabil Süleymanov küçəsi, 42-də noyabrın 23-də baş verən sürüşmə hadisəsi ilə bağlı ilkin tədqiqatının nəticəsini açıqlayıb.
Nazirlikdən Trend-ə verilən məlumata görə, bu ərazidə indiyədək hər hansı sürüşmə hadisəsi baş verməyb. Noyabrın 23-də baş verən sürüşmə atmosfer çöküntülərinin əraziyə düşməsi nəticəsində yaranıb: "Ərazidə aparılan tikinti işləri ilə əlaqədar oraya torpaqlar tökülüb. Atmosfer çöküntülərinin artması ilə əlaqədar olaraq, orada sürüşmə baş verib. Hazırda ərazidə hər hansı aktivlik və qırılmanın davam etmə təhlükəsi yoxdur".