...

Azərbaycanda sabiq prokurora hökm oxundu

Cəmiyyət Materials 1 Dekabr 2014 12:24 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin həbsdə olan sabiq əməkdaşı Vüsal Müslümov və onun tanışı Sergey Biserovun cinayət işi üzrə məhkəmə başa çatıb.
Azərbaycanda sabiq prokurora hökm oxundu

Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir Anar Əliyev/

Bakı Ağır Cinayətlər Məhkəməsində Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin həbsdə olan sabiq əməkdaşı Vüsal Müslümov və onun tanışı Sergey Biserovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Vüsal Müslümov 12 il, Sergey Biserovun isə 11 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Vüsal Müslümov və onunla birlikdə həbs olunmuş Sergey Biserov Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti