...

"Azərsu" su sayğacları ilə bağlı xəbərdarlıq etdi (FOTO)

Cəmiyyət Materials 3 Dekabr 2014 17:33 (UTC +04:00)
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) əhaliyə su sayğacları ilə bağlı xəbərdarlıq etdi.
"Azərsu" su sayğacları ilə bağlı xəbərdarlıq etdi (FOTO)

Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir İlkin İzzət/

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti (ASC) əhaliyə su sayğacları ilə bağlı xəbərdarlıq etdi.

ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, son günlər ölkə ərazisində hava şəraitinin qeyri-sabit və şaxtalı keçməsi mənzillərdə içməli sudan istifadə, su təchizatı sistemlərinin və cihazların mühafizəsi məsələsini yenidən gündəmə gətirib.

"Azərsu" ASC istehlakçıların diqqətinə çatdırır ki, Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiqlənmiş "Sudan istifadə" Qaydalarının 6.4-cü bəndinə əsasən, mənzillərdə, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların (sayğacların) işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına istehlakçı cavabdehlik daşıyır: "Yəni, mənzillərdə, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə quraşdırılımış sayğaclar istənilən kənar müdaxilə nəticəsində zədələnərək sıradan çıxarsa (sayğacların sındırılması, şaxtalı günlərdə donvurma nəticəsində sıradan çıxması və s.) onların yenilərilə əvəzlənməsi abunəçilərin vəsaiti hesabına həyata keçiriləcək".

ASC abunəçilərdən xahiş edir ki, qış aylarında, xüsusən şaxtalı günlərdə sayğacların donvurmadan qorunması üçün lazımi tədbirlər görsünlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti