...

Əflatun Amaşov: Azərbaycan və Türkiyə mediası erməni yalanlarını birgə ifşa etməlidir

Cəmiyyət Materials 11 Dekabr 2014 10:33 (UTC +04:00)
Azərbaycan və Türkiyə mediası üçün 2015-ci il daha əlamətdar olacaq.
Əflatun Amaşov: Azərbaycan və Türkiyə mediası erməni yalanlarını birgə ifşa etməlidir

Azərbaycan, Bakı, 11 dekabr /Trend, müxbir İlkin İzzət/

"Azərbaycan və Türkiyə mediası üçün 2015-ci il daha əlamətdar olacaq. Biz yalançı "erməni soyqırım"ını irəli sürənlərin yalanlarını birgə ifşa etməli, Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmalıyıq". Trend xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov Bakıda "Türkiyə və Azərbaycan mediası: Tarixi müqayisələr və ənənəvi mediadan internet mediasına keçid" mövzusunda beynəlxalq konfransda bildirib.

Onun sözlərinə görə, hazırda qloballaşan dünyada media sürətlə inkişaf edir. Son zamanlar Azərbaycanda aparılan müşahidələrə görə, ölkə əhalisinin yarısı xəbər portallarını özlərinin əsas informasiya mənbəyi hesab edir: "Hesablamalara görə, 2020-ci ildə bu rəqəm 85 faizə çatacaq. Bu, Türkiyədə də belədir. Türkiyə və Azərbaycan dünyanın ayrılmaz hissələridir. Bu keçidin mərhələ və formaları, yaranmış fəsadlar, onların aradan qaldırılması istiqamətində birgə əməkdaşlıq etməliyik".

Ə.Amaşov qeyd edib ki, konfransın keçirilməsində əsas məqsədlərdən biri məhz Azərbaycan və Türkiyə jurnalistləri arasında münasibətləri daha da möhkəmləndirməkdir.

MŞ-nin sədri bildirib ki, tədbirin keçirilməsinin digər məqsədlərindən biri türkdilli ölkələrin jurnalist təşkilatları arasında əlaqələri möhkəmləndirməkdir.

Qeyd edək ki, bu konfrans Türkiyə-Azərbaycan media əməkdaşlığı çərçivəsində həyata keçirilən 3-cü layihədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti