...

Təhsil Nazirliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anım gecəsi keçirilib

Cəmiyyət Materials 12 Dekabr 2014 10:52 (UTC +04:00)
Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım gecəsi keçirilib.
Təhsil Nazirliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anım gecəsi keçirilib

Azərbaycan, Bakı, 12 dekabr /Trend, müxbir İlhamə İsabalayeva/

Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım gecəsi keçirilib.

Trend nazirliyin saytına istindən bildirir ki, tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinin hər il olduğu kimi, bu il də ehtiramla anıldığını bildirib. Heydər Əliyevin əvəzsiz xidmətlərindən, siyasi irsinin əhəmiyyətindən danışan təhsil naziri ulu öndərin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ölkəmizin sosial-iqtisadi inkişafı, dövlət quruculuğu və ictimi-siyasi sabitliyin qorunması sahəsindəki yorulmaz fəaliyyətindən söz açıb.

Cəmiyyətin inkişafında təhsilin mühüm rolunu diqqətə çatdıran təhsil naziri Mikayıl Cabbarov ümummilli liderin bu sahəyə göstərdiyi böyük diqqət və qayğıdan bəhs edib. Nazir ulu öndər Heydər Əliyev ideyalarının bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulayıb.

Tədbirdə çıxış edən Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi rəhbərlik etdiyi təhsil müəssisəsinin yaradılmasında ulu öndər Heydər Əliyevin xidmətlərini nəzərə çatdırıb.

Sonra xalq artistləri Mənsum İbrahimov, Azər Zeynalov, Samir Cəfərov və digər tanınmış incəsənət ustaları ümummilli lider Heydər Əliyevin ən çox sevdiyi mahnıları ifa ediblər.

Anım gecəsində Təhsil Nazirliyinin rəhbərliyi, struktur bölmə rəhbərləri və əməkdaşları iştirak ediblər. Tədbirə həmçinin, ali məktəb rəhbərləri, təhsil ictimaiyyətinin nümayəndələri, tanınmış ziyalılar və incəsənət xadimləri qatılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti