...

Yeni ildə sakitlik olacaq?

Cəmiyyət Materials 12 Dekabr 2014 19:18 (UTC +04:00)
Dövlət Gömrük Komitəsi (DGK) bilavasitə satış məntəqələrində qadağan olunmuş pirotexniki məmulatları müsadirə edəcək.
Yeni ildə sakitlik olacaq?

Azərbaycan, Bakı, 12 dekabr /Trend, müxbirlər İlkin İzzət, Azad Həsənli/

Dövlət Gömrük Komitəsi (DGK) bilavasitə satış məntəqələrində qadağan olunmuş pirotexniki məmulatları müsadirə edəcək. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə DGK-nın sədr müavini Əsgər Abdullayev deyib.

Onun sözlərinə görə, Azərbaycana pirotexniki məmulatlar qaçaqmalçılıq yolu ilə gətirilir: "Gömrük Komitəsi belə faktların aradan qaldırılması üzərində işləyir, lakin qaçaqmalçılar ölkəyə qanunsuz olaraq pirotexniki məmulatlar keçirməyə müvəffəq olurlar".

Qeyd edək ki, Azərbaycanda pirotexniki vasitələrin satışı qadağan edilib, lakin bayramlar, xüsusilə Yeni il ərəfəsində ölkədə müxtəlif pirotexniki məmulatların satışı faktlarına tez-tez rast gəlinir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti