...

Yasamal və Suraxanı rayonları üzrə TSEK-lər yeni binalarla təmin edildi (FOTO)

Cəmiyyət Materials 13 Dekabr 2014 12:42 (UTC +04:00)
Bu gün Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Yasamal rayonu üzrə 1 saylı və Suraxanı rayonu üzrə 5 saylı Tibbi-Sosial Ekspert komissiyaları (TSEK) üçün yeni inzibati binaların açılışı olub.
Yasamal və Suraxanı rayonları üzrə TSEK-lər yeni binalarla təmin edildi (FOTO)

Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir İlkin İzzət/

Bu gün Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Yasamal rayonu üzrə 1 saylı və Suraxanı rayonu üzrə 5 saylı Tibbi-Sosial Ekspert komissiyaları (TSEK) üçün yeni inzibati binaların açılışı olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov ƏƏSMN-in bütün fəaliyyət sahələrində olduğu kimi, tibbi-sosial ekspertiza xidməti sahəsində də əhaliyə xidmətin təkmilləşdirilməsi işlərinin aparıldığını vurğulayıb.

N.Məmmədov bildirib ki, əvvəllər TSEK-lər özlərinin daimi inzibati binaları olmadığından müxtəlif ünvanlarda, ayrı-ayrı qurumların balansında olan binalarda pərakəndə şəkildə yerləşərək qeyri-münasib şəraitdə fəaliyyət göstərirdilər. Həmçinin müasir ekspertiza avadanlıqlarına ehtiyacları vardı. Bu da vətəndaşların qəbulu və müraciətlərinə baxılmasında, komissiyanın normal fəaliyyətində, ekspertiza müayinələrinin aparılmasında çətinliklər yaradırdı. Artıq bu çətinliklər aradan qaldırılır və aparılan müvafiq işlər nəticəsində TSEK-lər nazirliyin müvafiq bölgələr üzrə yerli strukturlarının fəaliyyət göstərdiyi yeni inzibati binalarda müasir iş şəraiti, ekspertiza cihazları, məişət avadanlıqları ilə təmin olunurlar. Son bir neçə ayda artıq nazirliyin bugünkü komissiyalar da daxil olmaqla 12 bölgə üzrə TSEK-i yeni inzibati binada müasir iş şəraiti ilə təmin edilib. Qısa müddətdə bütün TSEK-lərin belə iş şəraiti ilə təmin olunmaları həyata keçiriləcək.

Tibbi-sosial ekspertiza sisteminin yeni elektron texnologiyalar əsasında avtomatlaşdırılmasından, yeni yaradılan Tibbi-Sosial Ekspertiza və Əlillərin Reabilitasiyası İnformasiya Sistemindən də söz açılıb. Qeyd olunub ki, bu yeni sistem əlillik müayinələrinin aparılmasına, eləcə də aparılmış müayinələrin nəticələrinə dair məlumatların aidiyyəti qurumlar arasında elektron şəkildə mübadiləsinə xidmət edir. Bu isə əlillik təyinatı prosesində şəffaflığın təminatına, məmur-vətəndaş ünsiyyətinin minimuma endirilməsinə imkan yaradacaq.

Tədbirlərdə TSEK-lərin yeni iş şəraitləri və müayinə avadanlıqlarına baxış olub, komissiyaların kollektivlərinə müvafiq tapşırıqlar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti