...

Bərdə şəhərində hərbi vətənpərvərlik tədbiri keçirilib (FOTO)

Cəmiyyət Materials 20 Dekabr 2014 16:49 (UTC +04:00)
Bərdə hərbi birliyinin və rayonun Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə "Gənclər gələcəyimizdir" mövzusunda hərbi vətənpərvərlik tədbiri keçirilib.
Bərdə şəhərində hərbi vətənpərvərlik tədbiri keçirilib (FOTO)

Azərbaycan, Bakı, 20 dekabr /Trend/

Bərdə hərbi birliyinin və rayonun Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə "Gənclər gələcəyimizdir" mövzusunda hərbi vətənpərvərlik tədbiri keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev hərbi xidmətdə fərqlənən hərbi qulluqçular və Bərdə, Ağdam, Tərtər, Goranboy rayonlarından olan "Gənc Şahinlər" komandalarının üzvləri ilə görüşərək tədbirin açılışını elan edib və onlara uğurlar arzulayıb.

Tədbir iştirakçıları xalqımızın ümumilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq Heydər Əliyev mərkəzini ziyarət ediblər.

Nümunəvi xidmətləri ilə fərqlənən hərbi qulluqçuların akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyin, Bərdə dövlət idarəetmə və texnologiya kollecinin şagird və müəllim kollektivi ilə keçirdikləri maraqlı görüşlər gənclərdə yüksək hərbi vətənpərvərlik əhval-ruhiyyəsi yaradıb.

Sonra təlim poliqonunda "Gənc Şahinlər" komandalarının üzvləri ilə atış üzrə yarış keçirilib. Atışda fərqlənən gənclər fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb. "Gənc Şahinlər"-in üzvləri hərbi texnikaya baxış keçirib, silah-sursatla tanış olub və əsgər naharı yeyiblər.

Vətənpərvərlik mövzusunda keçirilən tədbir Bərdə rayon Mədəniyyət evində bədii hissənin nümayişi ilə başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti