Azərbaycan, Bakı, 27 dekabr /Trend/
Cəmşid Naxçıvanski adına Hərbi Liseydə kursant tağımları arasında keçirilən Dünya Azərbaycanlılarının Həmrəyliyi gününə həsr edilmiş "Yurdumuzun tarixi" intellektual istedadlar yarışının final mərhələsi baş tutub. Bu barədə Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Fərqlənən kursantlar fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Lisey rəisi general-mayor Mirzə Almasov qalibləri təbrik edərək onlara gələcəkdə uğurlar arzulayıb.